Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Meşəli nümayəndəliyində hesabat icası keçirilib

0

  • 13.01.2023-cü
    il tarixdə Xocalı rayon İHB-nın Meşəli kənd İƏD-si üzrə nümayəndəliyinin
    2022-ci ildə görülən işlərə və qarşıda duran vəzifələrə həsr edilən illik
    hesabat iclası keçirildi.

         Hesabat iclasında Xocalı Rayon İcra
    Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə
    orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov, Sosial-iqtisadi inkişafın təhlili
    və proqnozlaşdırılması şöbəsinin müdir müavini Bəxtiyar Allahverdiyev, Meşəli kənd
    İƏD-si üzrə nümayəndəliyinin əməkdaşları və Meşəli qəsəbə sakinləri iştirak
    etdilər.

         Əvvəlcə hesabat yığıncağını aparmaq üçün sədr
    və katib seçildi.

          Xocalı rayon İHB-nın Meşəli kənd İƏD-si
    üzrə nümayəndəsi İlqar Kazımov hesabat məruzəsində bildirdi ki Meşəli  kənd 
    nümayəndəliyi 14 ildir Goranboy rayon Meşəli  qəsəbəsində 
    fəaliyyət  göstərir. Meşəli  kənd nümayəndəliyinin  əhalisi 
    2  ədəd  təsərrüfat başına kitabında  qeydiyyata 
    alınmışdır. Hazırda  nümayəndəlikdə  180 
    ailə  659 nəfər sakin  var. Bunlardan kişilər 334 nəfər,
    qadınlar  isə 325 nəfərdir. Meşəli kəndində
    14 şəhid ailəsi və bir valideyinini itirən 10 ailə  var.         


    Əhalinin
    istifadəsində olan iri buynuzlu  mal-qaranın
    sayı 146  baş təşkil edir. Ötən illə
    müqaisədə arı ailələrinin sayı 855 arı ailəsindən 1004 arı ailəsinə yüksəlmişdir.
    Sakinlərimizin  müəyyən hisəsi 17
    ayr-ayrı rayonda  məskunlaşmışdır.

    Nümayəndəlik  il  ərzində
    10 əmr və  210 ədəd  arayış 
    vermişdir. Nümayəndəliyə 8 müxtəlif məzmunlu məktub daxil olmuş, həmin  məktublar öz məzmunu əsasında
    cavablandırılmışdır. Bizim  tərəfimizdən
    28 məktub müxtəlif ünvanlara göndərilmiş və 
    həllini  tapmışdır. 

    Hesabat
    məruzəsini dinləyən Xocalı Rayon İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və
    yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov məruzəyə
    münasibətini bildirdi.

    Hesabat
    yığıncağının sonunda sakinlər fərdi müraciətlərini etdilər.

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib51 dəfə
    Meşəli nümayəndəliyində hesabat icası keçirilib

    Maraqlı gələ bilər
    76